Əlavi siyasi qruplarla məşvərət edib
Fev 04, 2020 21:28 Asia/Baku
-
Əlavi siyasi qruplarla məşvərət edib
İraqın nazirlər kabinetini təşkil etmək tapşırığını almış yeni baş nazir bu ölkədəki siyasi qruplarla ayrıca iclaslarda gələcək hökumətin proqram və münasibətlərini şərh edib.
İraq parlamentində "Sadiqun" fraksiyasının sədr müavini Muhəmməd Əlbəldavi bu ölkənin yeni baş naziri Muhəmməd Tofiq Əlavinin nazirlər kabinetinin təşkili üçün siyasi qruplarla müzakirələri və məşvərətlərnə işarə edərək, deyib ki, bu məşvərətlərdə məqsəd, siyasi qrupları hökumətin proqramlarından, həmçinin ölkənin işlərinin islahı prosesindən və korrupsiya ilə mübarizədəki elmi tədbirlərdən xəbərdar etməkdir.