Xanakin terror partlayışında tələfat var
Fev 13, 2020 18:14 Asia/Baku
İraqın Diyalə vilayətinin Xanakin şəhərinin ətrafında baş verən terror partlayışında on nəfərdən çox insan ölüb və yaralanıb.
Əlsuməriyyə telekanlının məlumatına görə, terrorçuların Xanakin şəhərinin yaxınlığında yerləşən "Yeni Bahar" kəndinin ətrafında İraqın təhlükəsizlik qüvvələrinə və vətəndaşlardan bir qrupuna qarşı hücumunda övladı ilə yanaşı olan bir kişidən ibarət iki mülki həlak olub.
Həmçinin ölənlərin yığışdırılması zamanı bir bombanın partlaması nəticəsində on bir nəfər yaralanıbdır.