Fev 16, 2020 15:23 Asia/Baku
  • Terrorçular Suriyada  elektrik stansiyasına hücum ediblər

Suriyada terrorçular pilotsuz uçuş aparatı (PUA) vasitəsilə bu ölkənin Həma şəhərinin şimal çevrəsində yerləşən Muhrada adlı elektrik stansiyasına hücum ediblər.

Suriyanın rəsmi xəbər agentliyi "SANA"-nın bazar gününə olan məlumatına əsasən, terrorçuların PUA hücumu nəticəsində bu elektrik stansiyasına xeyli ziyan dəyib.

Digər tərəfdən, Suriya qüvvələri Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının Hələb şəhərinin şimalındakı  Əndan, Haritan və Kəfər Həmrah məntəqələrində yerləşən mövqelərini hədəfə alıblar. 

Suriyanın silahlı qüvvələri Ən-Nüsrə Cəbhəsi və onun terrorçu müttəfiqlərilə mübarizələrinin davamında Hələb şəhərinin cənubunda yerləşən Urum Əl-Kubra, Kəfər Naha, Acil və Əvicel kəndlərini, həmçinin Əl-Rizvan yaşayış məntəqəsini terrorçulardan təmizləyiblər.

Həmçinin, Hələb şəhərinin qərbində, Əl-Mənsurə kəndi, Hərbi Tədqiqatlar Mərkəzi və Raşidin Məhəlləsi Suriya ordusu tərəfindən terrorçuların işğlından azad edilib.

Bu əməliyyatda bir çox terrorçu öldürülüb və yaralanıb, həmçinin onların silah-sursat və texnikaları məhv edilib.

Bu irəliləmələr nəticəsində, son bir neçə gündə İdlib və Hələb bölgələrində Suriya ordusu tərəfindən azad edilən ərazilər 1330 kvadrat kilometr artıbdır.

 

Teqlər