İraqın xarici işlər naziri: İraq başqa ölkələrə qarşı təcavüz bazasına çevrilməyəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357900-İraqın_xarici_işlər_naziri_İraq_başqa_ölkələrə_qarşı_təcavüz_bazasına_çevrilməyəcək
İraqın xarici işlər naziri deyib ki, ölkəsi digər ölkələrə qarşı təcavüz üçün bazaya çevrilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2020 14:10 Asia/Baku
  • İraqın xarici işlər naziri: İraq başqa ölkələrə qarşı təcavüz bazasına çevrilməyəcək
    İraqın xarici işlər naziri: İraq başqa ölkələrə qarşı təcavüz bazasına çevrilməyəcək

İraqın xarici işlər naziri deyib ki, ölkəsi digər ölkələrə qarşı təcavüz üçün bazaya çevrilməyəcək.

İRNA-nın verdiyi məlumata görə, Məhəmmədəli Əl-Həkim Münhen təhlükəsizlik konfransının kənarında Avropa Birliyi Xarici Siyasət üzrə koordinatoru Cozef Borl ilə görüşündə bütün ölkələr tərəfindən İraqın milli hakimiyyətinə hörmətlə yanaşılmasını vurğulayıb və ölkəsinin başqa ölkələrlə toqquşmaların səhnəsinə çevrilməsinə qəti qarşı çıxdığını bildirib. 

İraqın XİN başçısı ölkəsinin regional və beynəlxalq razılıq və sabitlik uğrundakı səylərinə dəstəyin vacibliyini vurğulaıb, AB-nin 2018-ci il Küveytdə keçirilən İraqın bərpası konfransında təqdim etdiyi inkişaf layihələrinin icra edilməsini istəyib.