Səudiyyə Ərəbistanının bir neçə şəhərinə raket hücumu edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358042-səudiyyə_Ərəbistanının_bir_neçə_şəhərinə_raket_hücumu_edilib
Yəmən ordusu və xalq komitələri cümə günü fevralın 21-də səhər saatlarında bir daha səud hərbçilərinin Ərəbistanın müxtəlif şəhərlərindəki mövqelərinə raket zərbələri endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2020 10:28 Asia/Baku
  • Səudiyyə Ərəbistanının bir neçə şəhərinə raket hücumu edilib
    Səudiyyə Ərəbistanının bir neçə şəhərinə raket hücumu edilib

Yəmən ordusu və xalq komitələri cümə günü fevralın 21-də səhər saatlarında bir daha səud hərbçilərinin Ərəbistanın müxtəlif şəhərlərindəki mövqelərinə raket zərbələri endirib.

Ərəbistanın rəsmi xəbər agentliyi VAS-ın məlumatına görə, Yəmən ordusu tərəfindən atılan raketlər ballistik raketləri olub və Yəmənin paytaxtı Səna şəhərindən Ərəbistana atılıbdır.

Məlumatda hədəfə alınmış şəhərlərə işarə olunmadan iddia edilib ki, Ərəbistanın hava hücumundan müdafiə qüvvələri bir neçə raketi izləyərək, zərərsizləşdiribdir.

Yəmənin Ənsarullah Hərəkatı fevralın 15-də səhər saatlarında ,Səudiyyə Ərəbistanına məxsus bir ədəd "tornado" qırıcı təyyarəsini Əl-Cof məntəqəsində  yüksək texnologiyalı və qabaqcıl quru-hava raketlərilə hədəfə alaraq, məhv edibdir.

Yəmən ilə Səud Koalisiyası arasında müharibə 2015-ci il martın 26-dan başlayıb və artıq altıncı ilinin astanasındadır.