Fev 21, 2020 20:07 Asia/Baku
  • Həftər Liviyada atəşkəsi qəbul etməyə şərtli surətdə hazırdır
    Həftər Liviyada atəşkəsi qəbul etməyə şərtli surətdə hazırdır

“Liviya milli ordusu” adlı qrupun komandanı bu ölkədə atəşkəs üçün öz şərti hazırlığını elan edib.

Xəlifə Həftər Rusiyanın “Ria-Novosti” xəbər agentliyi ilə müsahibədə deyib ki, əgər xas bir şərait nəzərdə tutularsa, Liviyada atəşkəsə hazırdır.

2019-cu ilin aprelindən Tripoliyə qarşı hücumlarına başlayan “Liviya milli ordusu” adlı qrupun komandanı əlavə edib: Bu şərtlər türkiyəli hərbçilərin və muzdurların çıxmaları olacaqdır.

Xəlifə Həftərin sözlərinə görə, milli birlik hökuməti Cenevrə müzakirələrində öz iştirakını dayandırıb, zira bu hökumətin başçısı Faiz Əlsərrac Türkiyə və əmirliklərdən göstəriş alır.

BMT Cenevrədə “Liviya milli ordusu” adlı qrupun və milli birlik hökumətinin nümayəndələrinin müzakirələrinin ev sahibidir.

 

Teqlər