Yəmən ordusu Ərəbistandakı həssas hədəflərə PUA və raket hücumları edib
-
Yəmən ordusu Ərəbistandakı həssas hədəflərə PUA və raket hücumları edib
Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkə ordusunun PUA və raket bölmələrinin Ərəbistan ərazisinin içərilərində birgə əməliyyat keçirmələrindən xəbər verib.
Yəhya Səri bu gün Ərəbistan ərazisinin içərilərində “3-cü önləyici müvazinət” adlı əməliyyatın keçirildiyini bildirərək, deyib ki, Yəmən ordusu iki ədəd “Qüds” tipli ballistik raket ilə Ərəbistanın qərbində yerləşən Yənbə bölgəsində bir sıra həssas hədəfi, o sıradan Aramko şirkətinin ballistik və uzaq mənzilli “Zülfüqar” və 12 ədəd “Səmad-2” tipli PUA-nı hədəfə alıb.
Yəhya Səri vurğulayıb: 3-cü önləyici əməliyyat səud təcavüzkarları koalisiyasının cinayətlərinə qanuni və təbii cavabdır.
Səud koalisiyasının Əlcuf vilayətinə qarşı son hücumunda 35 nəfər, o sıradan 26 uşaq ölüb, 23 nəfər, o cümlədən 18 uşaq da yaralanıbdır.
Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin xəbərdarlıq edib ki, Yəmənə qarşı təcavüz və mühasirəni davam etdirəcəyi halda, Ərəbistan Yəmən ordusunun intiqam mahiyyətli hücumlarını gözləməli olmalıdır.