Sionistsakinli qəsəbələr inşasının pislənilməsi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358125-sionistsakinli_qəsəbələr_inşasının_pislənilməsi_davam_edir
Türkiyənin xarici işlər nazirliyi işğal olunmuş Fələstin ərazilərində, o sıradan Beytulmuqəddəsdə sionistsakinli qəsəbələrin inşasını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2020 14:29 Asia/Baku
  • Sionistsakinli qəsəbələr inşasının pislənilməsi davam edir
    Sionistsakinli qəsəbələr inşasının pislənilməsi davam edir

Türkiyənin xarici işlər nazirliyi işğal olunmuş Fələstin ərazilərində, o sıradan Beytulmuqəddəsdə sionistsakinli qəsəbələrin inşasını pisləyib.

Türkiyənin xarici işlər nazirliyi bu gün bir açıqlamada Qüdsü işğal etmiş rejimin qanunsuz sionistsakinli qəsəbələrin genişləndirilməsi üzrə qərarına reaksiyada bildirib ki, sionist rejimin bu hücum xarakterli münasibəti BMT qətnamələrini və beynəlxalq hüquqları tapdayır.

Bu açıqlama “əsrin sövdələşməsi” adlı biabırçı amerikan-sionist plana da işarə edib. Qeyd edib ki, Fələstin torpağı fələstinlilərə aiddir və sinoist rejimin işğalçılıq təfəkkürü bu həqiqəti heç vaxt dəyişə bilməyəcəkdir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu dünən işğal olunmuş Qüdsdəki iki qanunsuz sionistsakinli qəsəbədə 5200 yeni yaşayış massivinin inşasından xəbər verdi.