ABŞ hərbi komandanı Əfqanıstanda əməliyyatın dayandırıldığını iddia edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358166-abŞ_hərbi_komandanı_Əfqanıstanda_əməliyyatın_dayandırıldığını_iddia_edib
Amerikanın Əfqanıstandakı qüvvələrinin komandanı iddia edib ki, Taliban-la, hücumların azaldılması razılaşmasının bir hissəsi kimi ABŞ hərbçilərinin Əfqanıstandakı əməliyyatını dayandırıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2020 05:46 Asia/Baku
  • ABŞ hərbi komandanı Əfqanıstanda əməliyyatın dayandırıldığını iddia edib
    ABŞ hərbi komandanı Əfqanıstanda əməliyyatın dayandırıldığını iddia edib

Amerikanın Əfqanıstandakı qüvvələrinin komandanı iddia edib ki, Taliban-la, hücumların azaldılması razılaşmasının bir hissəsi kimi ABŞ hərbçilərinin Əfqanıstandakı əməliyyatını dayandırıbdır.

General Skott Miller Kabildə Əfqanıstanın müdafiə və daxili işlər nazirlərinin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib ki, Amerika öz öhdəliklərinin bir hissəsi kimi hücum əməliyyatlarını dayandırıb, amma hələ də öz hərbçilərini müdafiəyə sadiqdir.

Əfqanıstanda zorakılıqların azaldılması cümə günü gecədən başlanıb və bir həftə sürəcək.

Zorakılıqların azaldılması həftəsinin sonuncu günündə qərar üzrə Amerika və Taliban müharibənin bitməsi haqda razılaşma imzalamalıdırlar.

Bir məsələni xatırladaq. Amerika təqribən dörd il bundan öncə Vaşinqton ilə Kabil arasında təhlükəsizlik anlaşmasının imzalanmasından sonra üzərinə öhdəlik götürmüşdü ki, Əfqanıstanın yaşayış massivlərinə hücumdan çəkinəcək, amma amerikanlar bu anlaşmadan sonra yüzlərlə dəfə əfqanların yaşayış massivlərinə hücum etdilər ki, bu da Əfqanıstanda yüzlərlə mülkinin ölməsi və yaralanmasına bais oldu.