İraq Kürdüstanında korrupsiya əleyhinə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358170-İraq_kürdüstanında_korrupsiya_əleyhinə_aksiya_keçirilib
İraq Kürdüstanı Regional Bölgəsinin sakinlərindən minlərlə insan şənbə günü fevralın 22-də korrupsiyaya qarşı aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2020 09:08 Asia/Baku
  • İraq Kürdüstanında korrupsiya əleyhinə aksiya keçirilib
    İraq Kürdüstanında korrupsiya əleyhinə aksiya keçirilib

İraq Kürdüstanı Regional Bölgəsinin sakinlərindən minlərlə insan şənbə günü fevralın 22-də korrupsiyaya qarşı aksiya keçirib.

İRNA-nın məlumatına görə, etirazçılar korrupsiyanın genişlənməsi, işsizlik və kommunal xidmətlərin zəif olmasına etiraz ediblər. 

Süleymaniyyə şəhərinin mərkəzində keçirilən nümayişlərdə əhali korrupsiya və İraq Kürdüstanında həyat şəraitinin pis olmasının əleyhinə şüarlar səsləndiriblər.

BMT-nin son hesabatına əsasən, bu bölgə əhalisinin 36 faizinin aylıq gəliri 400 dollardan aşağıdır.

Bu aksiyalar elə bir halda keçirilir ki, son aylar ərzində İraqın başqa bölgələri də iğtişaşların şahidi olub.