Yəməndə Mənsur Hadi qüvvələrinin bazasına raket hücumu edilib
Fev 23, 2020 09:09 Asia/Baku
-
Yəməndə Mənsur Hadi qüvvələrinin bazasına raket hücumu edilib
Yəmənin mərkəzində yerləşən Maarib şəhərində bu ölkənin keçmiş prezidenti Əbd Rəbbi Hadi Mənsurun qüvvələrinə məxsus hərbi baza raketlə hədəfə alınıb.
"Yəmən Xəbərləri" portalının məlumatına görə, Yəmənin istefa vermiş hökumətinin bir hərbi rəsmisi şənbə günü fevralın 22-də Maarib şəhərində "Səhn Əl-Cin" bazasının raket hücumuna məruz qaldığını xəbər verib.
Mənsur Hadi hökuməti bu hücuma görə Yəmənin Ənsarullah Hərəkatını günahlandırıb, lakin bu məsələ hələ ki, Ənsarullah tərəfindən təsdiqlənməyib.
Bu keçən üç aydan az bir müddət ərzində Səhn Əl-Cin bazasına endirilən üçüncü raket zərbəsidir.
Bundan əvvəl də sözü gedən bazaya raket hücumları nəticəsində silah anbarı və komandanlıq mərkəzi hədəfə alınmış və bir neçə hərbçi öldürülmüşdü.