Livanlıların hökumətin iqtisadi siyasətləri əleyhinə nümayişləri davam edir
Livanlılar neçənci dəfə dalbadal yerli hökumətin maliyyə siyasətlərinə etiraz istiqamətində mərkəzi bankın və bir neçə digər bankın qarşısında aksiya keçiriblər.
Etirazçıların əllərində plakatlar olub. Plakatların üzərində bunlar yazılmışdı: Koronavirus yoxsulluqdan təhlükəli deyildir.
Etirazçılar həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini himayə ediblər. Onlar bu ölkə hökumətinin maliyyə siyasətlərilə öz müxalifətlərini bildiriblər. Aksiyaçılar əmanətçilərin, xüsusən xırda əmanətçilərin əmlakının müsadirə olunmasını bu siyasətlərin əsas hədəfi adlandırıblar.
Livanın 90 milyard dollarlıq xarici və ümumi borcu var. Onun 30 milyard dolları avro və ya funt-sterlinqdə olan qiymətli kağızlar və ya borc sənədlərə aiddir və mart, aprel və iyun aylarında ödənməlidir. Lakin Livan ödəniş gücünə malik deyildir. Bundan əlavə, ötən illər ərzində Livana onlarla milyard dollar məbləğində yardımlar göstərilib, lakin bu yardımlar hədər edilibdir.