Suriyanın HHM qüvvələri sionist rejimin raket hücumuna cavab veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358231-suriyanın_hhm_qüvvələri_sionist_rejimin_raket_hücumuna_cavab_veriblər
Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bu gün səhər sionist rejimin Suriyanın paytaxtı- Dəməşqə qarşı raket hücumuna cavab veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2020 09:02 Asia/Baku
  • Suriyanın HHM qüvvələri sionist rejimin raket hücumuna cavab veriblər
    Suriyanın HHM qüvvələri sionist rejimin raket hücumuna cavab veriblər

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bu gün səhər sionist rejimin Suriyanın paytaxtı- Dəməşqə qarşı raket hücumuna cavab veriblər.

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri Dəməşq üzərində bir neçə raketin izinə düşərək, onları məhv ediblər.

Bu raketlər Suriyanın işğal olunmuş Cövlan bölgəsindən atılıbdır.

Bəzi informasiya mənbələri bildiriblər ki, sionist rejim qırıcıları bu hücumu həyata keçiriblər.

Sionist rejim ordusu iddia edib ki, Dəməşqdə Fələstin İslami Cihad Hərəkatına aid olan mərkəzlər bu raket hücumunun hədəfləri olublar.