Fələstin müqaviməti sionist qəsəbələrə qarşı raket əməliyyatını yenidən başlayıb
-
Fələstin müqaviməti sionist qəsəbələrə qarşı raket əməliyyatını yenidən başlayıb
Fələstin müqaviməti dünən gecə sionist rejimin Qəzzə zolağına hücumlarına cavab olaraq bir neçə sionist qəsəbəni raketlə hədəfə alıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, informasiya mənbələri bildiriblər ki, Fələstin müqaviməti Qəzzə zolağından sionist qəsəbələri bir neçə raketlə hədəfə alıb.
Xəbər mənbələrinin bildirdiklərinə görə, işğal olunmuş Fələstinin cənubunda təhlükə siqnalları səsləndirilib.
Sionistlər Fələstin müqavimət qüvvələrinin raket hücumundan dəhşətə gəliblər.
Bu raket hücumu, sionist rejim qırıcılarının bir daha Qəzzə zolağını bombalamalarına cavab olaraq həyata keçib.
Fələstin müqaviməti bazar günü axşam da sionist rejimin fələstinli gənc Məhəmməd Ənnaimi şəhid edərək onun cənazəsinə qarşı cinayətinə cavab olaraq bir neçə sionist sakinli qəsəbəni raketlə hədəfə almışdı.
Sionist rejim bazar günü axşam Fələstin İslami Cihad Hərəkatının Dəməşqdəki mərkəzini hədəfə alaraq bu hərəkatın 2 üzvünü şəhid etdi.
Sionist rejim daima Qəzzə zolağı və Suriyanı hədəfə alır.
Sionist rejimin Qəzzə zolağı və Suriyaya hücumlarında indiyədək minlərlə fələstinli və suriyalı şəhid olub yaxud yaralanıb.