İşğal olunmuş Fələstində COVID-19-a yoluxanlar artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359054-İşğal_olunmuş_fələstində_covid_19_a_yoluxanlar_artıb
Sionist rejimin səhiyyə nazirliyi bir gündən az bir müddətdə işğal olunmuş Fələstin ərazilərində koronavirusa yoluxanlara daha 14 halın əlavə olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2020 11:58 Asia/Baku
  • İşğal olunmuş Fələstində COVID-19-a yoluxanlar artıb

Sionist rejimin səhiyyə nazirliyi bir gündən az bir müddətdə işğal olunmuş Fələstin ərazilərində koronavirusa yoluxanlara daha 14 halın əlavə olunmasından xəbər verib.

İşğal olunmuş Fələstin ərazilərində koronavirusa yoluxanların sayı sionist rejimin statistikasına görə, dünən səhərədək 25 nəfər idi. Bu gün bu göstərici 39 nəfərə qalxıbdır. 

Sionist "Haarets" qəzeti koronavirusa yoluxanların sayının artmasına işarə edərək, işğal olunmuş ərazilərdəki vəziyyəti ağır elan edibdir.

Sionist rejim vurğulayıb ki, işğal olunmuş ərazilərə daxil olan bəzi amerikalıları və müsafirləri iki həftə müddətinə karantinə salır.

Sionist rejimin aviasiya donanması koronavirus epidemiyasına görə, Təl-Əvivə giriş və çıxış uçuşlarının ləğv olunması üzündən, cari milad ilinin ilk dörd ayında öz gəlirlərinin 140-160 milyon dollar azaldığını təxmin edibdir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bir mətbuat konfransında deyib ki, bu rejim bütün ölkələrdən müsafirlərin girişi ilə bağlı məhdudiyyətləri artırmaq məsələsini araşdırır.

 

İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ COVID-19-A YOLUXANLAR ARTIB