İraqın müştərək əməliyyat qərargahı amerikan koalisiya ilə həmkarlığı dayandırıb
İraqın müştərək əməliyyat qərargahı iraqlı hərbi qüvvələrə qarşı son hücumuna görə, anti-İŞİD adlı amerikan koalisiya ilə həmkarlığının dayandırılmasından xəbər verib.
İraqın müştərək əməliyyat qərargahının sözçüsü briqada generalı Təhsin Əlxəfaci Əlməlumə xəbər portalı ilə müsahibədə deyib ki, bu qərargah İraqın rəsmi hərbi qüvvələrinə qarşı hücumu düşmənçilik hərəkəti hesab edir.
Əlxəfaci sonra deyib ki, bu təcavüzdən sonra beynəlxalq koalisiya ilə həmkarlıq dayandırılır.
O vurğulayıb ki, heç bir tərəf Əltaci hərbi bazasına qarşı hücumun məsuliyyətini qəbul etməyib.
Əltaci bazası ötən çərşənbə günü azı on raket hücumunun hədəfinə çevrilib. Bu hücumda bir ingilis hərbçi, həmçinin bir amerikan podratçı və bir hərbçi ölüb, on iki nəfər də yaralanıbdır.
Hərçənd Həşduşşəbi bu hücumla hər cür əlaqəsini rədd edib, amma amerikan qırıcılar cümə axşamı və cümə günləri dəfələrlə Həşduşşəbi-nin və İraq ordusunun bu ölkənin müxtəlif bölgələrindəki mövqelərini hədəfə alıblar. Nəticədə onlarla nəfər ölüb və yaralanıbdır.
Dünən səhər tezdən də Əltaci bazası raket hücumları hədəfinə çevrilibdir.
İRAQ AMERİKAN KOALİSİYA İLƏ HƏMKARLIĞI KƏSİB