"Bədr" fraksiyasından ABŞ-a kəskin xəbərdarlıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359297-bədr_fraksiyasından_abŞ_a_kəskin_xəbərdarlıq
İraq parlamentində "Bədr" fraksiyasının sədri xəbərdarlıq edib ki, əgər Amerika İraqdan çıxmazsa, bu ölkə Amerika hərbçiləri ilə başqa cür davranacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2020 16:38 Asia/Baku

İraq parlamentində "Bədr" fraksiyasının sədri xəbərdarlıq edib ki, əgər Amerika İraqdan çıxmazsa, bu ölkə Amerika hərbçiləri ilə başqa cür davranacaq.

Həsən Əlkəəbi bu gün "Bağdad Əlyəum" vebsaytı ilə müsahibədə ABŞ-ın İraqdakı son hava hücumlarını təcavüz adlandırıb. Deyib ki, amerikan hərbçilərin bu ölkədən çıxmaları işi ilə bağlı ciddi hərəkat yaradılmalıdır.

"Bədr" fraksiyasının sədri ABŞ-ın və beynəlxalq koalisiyanın İraqda hərbi iştiraka israr etmələrini "tərslik" adlandırıb. Bildirib ki, İraqda qanunsuz iştiraka israr, həmin qüvvələrə mənfi və əks təsir göstərəcəkdir.

"BƏDR" FRAKSİYASINDAN ABŞ-A KƏSKİN XƏBƏRDARLIQ