Suriyanın şimalında partlayış; altı ölü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359563-suriyanın_şimalında_partlayış_altı_ölü
Suriyanın şimalında yerləşən Riqqə vilayətinin qərbində dörd partlayış altı nəfərin həyatına son qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2020 14:07 Asia/Baku
  • Suriyanın şimalında partlayış; altı ölü
    Suriyanın şimalında partlayış; altı ölü

Suriyanın şimalında yerləşən Riqqə vilayətinin qərbində dörd partlayış altı nəfərin həyatına son qoyub.

Bu gün Riqqə vilayətinin qərbində yerləşən Əltəbəqə şəhərində baş verən partlayışlarda YPG yarımhərbçilərinin patrul avtomobilləri hədəfə alınıb və altı kürd yarımhərbçi ölübdür.

Bu partlayışlardan sonra kürd yarımhərbçilər Əltəbəqə şəhərinin giriş və çıxışlarını bağlayıblar.

YPG qüvvələri Amerikanın tabeliyində olan Suriya kürd demokratik qüvvələri- QSD-nin əsasını təşkil edirlər.

İndiyədək heç bir qrup bu partlayışların məsuliyyətini üzərinə götürməyibdir.

SURİYANIN ŞİMALINDA PARTLAYIŞ; 6 ÖLÜ