Apr 04, 2020 15:06 Asia/Baku
  • Ərəbistanın raket hücumunda yəmənli mülkilər hədəfə alınıblar

Səud təcavüzkarlarının Razəh rayonuna qarşı raket hücumlarında bir neçə mülki yəmənli öldürülüb.

Səud təcavüzkarları bu gün səhər tezdən Yəmənin Səədə vilayətinin Razəh rayonunun «Bəni Səyyah» bölgəsini bombalayıblar. Nəticədə dörd mülki, o cümlədən biri hamilə qadın və iki uşaq həyatını itirib.

Təcavüzkar səud koalisiyasının qırıcıları həmçinin Yəmənin Əlcuf vilayətinin Əlhəzm və Xubbulşəəf bölgələrini 13 dəfə raket atəşinə tutublar.

Səud koalisiyası son bir həftə ərzində elə bir halda Yəmənə qarşı hücumlarını şiddətləndiribdir ki, BMT-nin baş katibi Antonio Quterreşin dünyada döyüşlərin dayandırılması barədəki xahişinə cavabda Yəməndəki atəşkəsə dəstək vermişdi.

SƏUDLAR HAVADAN YƏMƏNLİ MÜLKİLƏRİ HƏDƏFƏ ALIBLAR

 

Teqlər