Apr 11, 2020 07:55 Asia/Baku
  • Pompeonun Ənsarullah hərəkatından icbari istəyi
    Pompeonun Ənsarullah hərəkatından icbari istəyi

ABŞ-ın dövlət katibi Yəmənin Ənsarullah hərəkatından istəyibdir ki, səudiyyənin iddia olunan birtərəfli atəşkəsinə eyni cavab versin.

Mayk Pompeo bir tvitter mesajında yazıb ki, Yəmənin Ənsarullah hərəkatından bu məsələyə oxşar cavab verməsi və qruplar arasında təcili müzakirələr istəyən BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi ilə həmkarlıq etməsini istəyir.

Pompeo bu tvittdə səudiyyə koalisiyasının iddia etdiyi Yəməndə birtərəfli atəşkəsdən məmnunluq ifadə edib. Bildirib ki, Yəmən xalqı sülhə layiqdir.

Səud koalisiyası çərşənbə günü birtərəfli şəkildə Yəməndə atəşkəs elan etdi. Qeyd etdi ki, bu atəşkəs cümə axşamı günündən başlanaraq, iki həftə davam edəcək.

Bu iddiaya rəğmən, səud koalisiyasının hücumları davam edir və səud qüvvələri cümə axşamı günü Yəmənin müxtəlif bölgələrini, o sıradan bu ölkənin cənub-qərbində yerləşən Səfiyan şəhərini bombalayıblar.

Cümə günü səhər də səud koalisiyasının Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətinin cənubuna qarşı artilleriya hücumunda iki yəmənli mülki həyatını itiribdir.

Yəmənin Ənsarullah hərəkatı iddia olunan atəşkəsi səud koalisiyasının zamanı satın almaq və özünə qarşı təzyiqləri azaltmaq məqsədilə savaşın iki həftə müddətinə dayandırlması üzrə yeni bir oyun adlandırıbdır.

 

 

Teqlər