Sionistlərin Qəzzə sakinləri qarşısındakı qeyri-insani hərəkətləri
Sionist rejim ordusu bu rejimin müharibə nazirliyinin göstərişi ilə bu gündən Qəzzə zolağının sakinləri üzərində COVID-19 testini dayandırıb.
Sionist «Ceruzalem Post» qəzeti bir reportajda yazıb ki, sionist rejimin müharibə naziri Naftalı Benet bu rejimin nazirlər kabinetinin həmin testlərə qarşı çıxmasına görə, Qəzzə əhalisindən testalmanın dayandırılmasına göstəriş verib.
Bu məlumata əsasən, sionist rejimin nazirlər kabinetinin müxalifətinə və Naftalinin göstərişinə görə, sionist rejim ordusu ötən iki gündə Qəzzə zolağı sakinlərindən təkcə yüz nəfərdən test alıbdır.
Sionist rejimin Qəzzə sakinlərindən testin alınmasının davam etməsilə müxalifətinin dəlillərindən biri, sionist rejim ordusu ilə bu rejimin nazirlər kabinetinin işğal olunmuş ərazilərdəki faəliyyətlərini koordinsiya edən idarə arasında ahəngdarlığın pozulması qeyd olunubdur.
«Ceruzalem Post» qəzetinin yazdığına görə, Fələstin İslam Müqaviməti Hərəkatı- HƏMAS xəbərdarlıq edibdir ki, Qəzzənin təqribən iki milyon nəfərlik sakinləri arasında koronavirusun geniş şəkildə yayılacağı halda, bu bölgədə digər bir insan faciəsi baş verəcək.
Sionist rejim ordusu bundan öncə və 13 ildən çoxdur, sionistlərin hava, quru və dəniz mühasirəsi altında olan Qəzzə zolağı sakinlərinə dəstək üzrə beynəlxalq təziyqlərdən sonra koronavirus pandemiyası böhranında bildirmişdi ki, hər gün bu bölgə əhalisindən əlli nəfərdən COVID-19 testi götürəcək.
Fələstin səhiyyə nazirliyinin statistikalarına əsasən, indiyədək Qəzzə sakinlərindən 17 nəfər koronavirusa yoluxubdur.
SİONİSTLƏRİN QƏZZƏ SAKİNLƏRİNƏ QARŞI QEYRİ-İNSANİ HƏRƏKƏTLƏRİ