AB sionist rejimin qərb sahilindəki işğalçılığına qarşı çıxıb
-
AB sionist rejimin qərb sahilindəki işğalçılığına qarşı çıxıb
Avropa Birliyi bildirib ki, sionist rejimin işğal olunmuş qərb sahili ərazilərinə hakimiyyətini rəsmən tanımır.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel bir açıqlamada vurğulayıb ki, bu birliyin sionist rejimin 1967-ci ildə işğal etdiyi ərazilərin vəziyyəti barədəki mövqeyi dəyişilməmiş şəkildə qalıbdır.
Bu açıqlamada deyilir: Beynəlxalq qanunlar və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bir istiqamətdə Avropa Birliyi sionist rejimin işğal olunmuş qərb sahili ərazilərinə hakimiyyətini rəsmən tanımır.
Avropa Birliyi vurğulayıb ki, hər cür ərazi əlavəetmə beynəlxalq qanunların ciddi şəkildə pozulması deməkdir.
BMT də sionist rejimin 1967-ci ildə işğal edilmiş ərazilərdə qəsəbə salmasını qanunsuz elan edibdir.
Cenevrə konvensiyasına əsasən də işağlcı gücün işğal olunmuş ərazilərdə hər cür tikintisi qadağandır.
Bununla belə, sionist rejimin baş naziri Benyamin Netanyahu və «Mavi və ağ» koalisiyasının sədri Beni Qants son zamanlar bir razılaşma imzalayıblar ki, ona əsasən, İordan dərəsi və qərb sahilində yerləşən bütün sionist qəsəbələrin işğal edilmiş ərazilərə qatılması və bu rejimin həmin ərazilərə hakimiyyəti tezliklə knessetdə səsə qoyula bilər.
AB SİONİST REJİMİN QƏRB SAHİLİNDƏKİ QƏSBKARLIĞINI TANIMIR