Apr 27, 2020 09:59 Asia/Baku
  • ABŞ Suriyanın şimal şərqinə 30 TIR silah köçürüb

Amerikanın terrorçu hərbçiləri dünən gecə Suriyanın ərazi bütövlüyü və suverinliyini eləcə də beynəlxalq qanunları pozaraq hərbi silah sursatdan ibarət 30 yük maşınını özünün Suriyanın şimal şərqində yerləşən Həsəkə vilayətindəki qeyri-qanuni hərbi bazasına daxil edib.

Suriyanın rəsmi xəbər agentlyi SANA bildirib ki, İraqın Əl-Vəlik keçidindən Suriyaya daşınan bu hərbi karvan sonra Həsəkə vilayətində Qamışlı şəhərinin ətrafında yerləşən Qəsr Təlli-Bidər bazasına daxil edilib. 

Bundan öncə də Amerika bir neçə dəfə İraq ərazisindən Suriyaya silah-sursat köçürmüşdü.

Amerika və onun müttəfiqləri terrorçu qruplarla mübarizə bəhanəsi ilə Suriyada qeyri-qanuni şəkildə fəaliyyət göstərirlər. 

Rəsmi məlumatlara görə indiyədək Amerika Suriya və İraqdakı terrorçulara milyardlar dollar dəyərində silah göndərib. 

Teqlər