Fələstin XİN ABŞ-ın siyasətlərini tənqid edib
Fələstin Xarici İşlər Nazirliyi amerikalı rəsmilərin qərb sahilinin işğal olunmuş ərazilərə qatılmasını himayə etmələrini pisləyib.
ABŞ dövlət departamentinin sözçüsü bildirib ki, Amerika sionist rejimin hakimiyyəti genişləndirmək və qərb sahilinə qanun tətbiq etmək üzrə hərəkətlərini rəsmən tanımağa hazırdır.
Fələstin Xarici İşlər Nazirliyi bu gün bu amerikalı rəsminin sözlərinə cavab olaraq, bir bəyanatda vurğulayıb: Bu sözlər Amerikanın sionist rejimin işğalçılığı və Fələstin ərazilərindəki ekspansianist siyasətləri ilə bağlı təəssübünün genişlənməsi deməkdir.
Fələstin Xarici İşlər Nazirliyi vurğulayıb: İordan dərəsinin və Bəhrulmeyyit-in şimalının işğal olunmuş ərazilərə qatılmasından, həmçinin sionist rejimin qərb sahilindəki qanunsuz qəsəbələrə hakimiyyəti və bu hərəkətin Amerika tərəfindən rəsmən tanınmasından sonra tərəflər arasında müzakirə üçün bir şey qalmayacaqdır.
Sionist rejimin baş naziri Benyamin Netanyahu və «Mavi və Ağ» partiyasının sədri Beni Qants koalisiya hökumətinin təşkili üzrə razılaşmada elan etdilər ki, iyul ayından qərb sahilnin bəzi hissələrinin işğal olunmuş ərazilərə qatılmasını həyata keçirəcəklər.
FƏLƏSTİN XİN ABŞ-IN SİYASƏTLƏRİNİ TƏNQİD EDİB