May 01, 2020 07:44 Asia/Baku
  • Ərəb Liqası: Sionist rejimin qərb sahilini ilhaq etmək qərarı hərbi cinayətdir

Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri bir bəyanatda sionist rejimin İordan çayının qərb sahilni işğal olunmuş ərazilərə qatmaq üzrə qərarını pisləyiblər.

Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri bu bəyanatda sionist rejimin qeyd olunan hərəkətini Fələstin xalqına qarşı yeni hərbi cinayət, beynəlxalq qanunların və BMT qətnamələrinin aşkar şəkildə pozulması adlandırıblar.

Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri həmin bəyanatda Amerikadan da istəyiblər ki, işğalçı sionist rejimin planlarını himayə etməkdən əl çəksin.

Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri vurğulayıblar ki, ərəb ölkələri Fələstinin qərb sahilnin işğal olunmuş ərazilərə qatılması ilə mübarizə üzrə hər cür qərarını himayə etmək üçün özlərinin bütün siyasi, diplomatik, hüquqi və maliyyə vasitələrindən istifadə edəcəklər.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bazar günü elan etdi ki, İordan çayının qərb sahilinin bəzi hissələrinin işğal olunmuş ərazilərə qatılması planı qarşıdakı aylarda həyata keçəcəkdir.

Bu məsələ ABŞ prezidenti Donald Trampın 2020-ci il yanvarın 28-də təqdim etdiyi irqçi əsrin dövdələşməsinin bəndlərindən biridir.

Dünya üzrə bir çox ölkə, şəxsiyyət, siyasi və dini xadim, xüsusən müsəlmanlar bu planı pisləyiblər.

ƏRƏB LİQASI SİONİST REJİMİN FƏLƏSTİNƏ QARŞI HƏRƏKƏTİNİ PİSLƏYİB

Teqlər