May 03, 2020 10:43 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə Netanyahuya qarşı aksiya keçirilib

İşğal olunmuş ərazilərin sakinlərindən minlərlə nəfər Netanyahunun koalisiya hökumətinin təşkili barədə Qants ilə razılaşmasına etiraz olaraq küçələrə çıxıbdır.

Aksiyaçılar Netanyahunun geniş korrupsiyasına və Qantsın bu məsələyə məhəl qoymayaraq, korrupsioner bir şəxslə koalisiya hökuməti təşkil etməsinə etiraz ediblər. Onlar bu aksiyada «korrupsioner hökumətə-yox!» şüarı veriblər.

«Mavi və Ağ» koalisiyasının lideri Beni Qants və Likud partiyasının başçısı Benyamin Netanyahu aprelin 21-də nəhayət sionist rejimin nazirlər kabinetinin təşkili məsələsinə son qoymaq üçün razılıq əldə etdilər.

Sionist rejimin baş naziri Benyamin Netanyahu çox sayda korrupsiya işində ittiham olunur. Bu rejimin baş prokurorluğu təqribən iki ay bundan öncə işğal olunmuş Qüdsün məhkəməsinə Netanyahuya qarşı cinayət işi təqdim etdi və o, sionist rejimin 72 illik tarixində bu vəzifədə olarkən bir məhkəmədə korrupsiya, dələduzluq və əmanətə xəyanətdə ittiham olunan ilk baş nazirə çevrildi.

Netanyahunun məhkəmə iclası martın 17-də keçirilməli idi. Amma işğal olunmuş Qüdsün məhkəməsi koronavirus epidemiyasına görə, bu məhkəmə iclasını təxirə salıbdır.

Netanyahu baş nazir vəzifəsində qalmaq və ya baş nazirliyinin bitməsindən sonra zindana göndərilməyəcəyinə dair lazımi zəmanət almaq yolu ilə hakimiyyəti təhvil verməyə çalışır.

SİONİSTLƏR NETANYAHUYA QARŞI AKSİYA KEÇİRİBLƏR

Teqlər