May 05, 2020 09:54 Asia/Baku
  • Almaniyanın Hizbullaha qarşı hərəkəti ABŞ və sionist rejimin təzyiqləri altında həyata keçirilib

Livan Hizbullahının baş katibi Almaniyanın bu hərəkatı terrorçu adlandırmaq üzrə qərarına reaksiyada deyib ki, bu addım Amerikanın təzyiqləri ilə və sionist rejimi razı salmaq üçün həyata keçirilib.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən bildirib ki, Amerika «regiona hegemonçuluq» planını icra etmək niyyətindədir, sionist rejim isə işğalçılıq planının ardıncadır. O, qeyd edib ki, müqavimət hərəkatları bu fitnələrin qarşısında dayandıqları üçün, onların nöqteyi-nəzərincə, pislənilməli və mühasirə olunmalıdırlar.

Livan Hizbullahının baş katibi vurğulayıb ki, Almaniyanın qərarı siyasi bir qərar olub. O, deyib ki, Almaniya Hizbullahın fəaliyyətinin terror mahiyyətli olmasına dair heç bir dəlil gətirməyibdir.

Seyyid Həsən Nəsrullah qeyd edib ki, Hizbullah hərəkatı Almaniya və Fransada özündən asılı olan heç bir təşkilata malik deyildir. O, vurğulayıb: Hizbullah hərəkatı illər boyudur, dünyada, xüsusən Latın Amerikası və Avropa ölkələrində özündən asılı olan təşkilatlar yaratmağı dayandırıbdır.

Livan Hizbullahının baş katibi həmçinin bildirib ki, Fələstin Hizbullah üçün ən əsas müqəddəs məsələdir. O, deyib ki, Almaniyanın Hizbullaha qarşı qərarı bu hərəkatın müqavimət yolunu davam etdirməyə daha çox israr etməsinə səbəb olacaq.

Seyyid Həsən Nəsrullah Livanın vəziyyətini qaydaya salmaq üçün bu ölkədə maliyyə layihəsinin qəbul edilməsi haqda isə belə deyib: Bu layihə milli dəstəyə ehtiyac duyur və hal-hazırda siyasi ixtilaflar kənara qoyulmalıdır.

Livan Hizbullahının baş katibi həmçinin Livanın Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı istəməsinə toxunub. Vurğulayıb ki, Hizbullah dünyada heç bir tərəfdən yardımın istənilməsi prinsipi ilə müxalif deyil, amma Livanın bu fonda təslim olmasını qəbul etməyəcəkdir.

 

Teqlər