May 05, 2020 14:41 Asia/Baku
  • Netanyahu seçkilərin 4-cü tura çəkilməsindən nigarandır

Sionist rejimin baş naziri bu rejimin ali məhkəməsinin onun nazirlər kabinetini təşkil etmək səlahiyyətinə baxılması məsələsinə qarışmasından sonra seçkilərin təkrar edilməsi və onun 4-cü tura çəkilməsindən nigarandır.

Benyamin Netanyahu deyib ki, sionist rejimin ali məhkəməsi onun «Mavi və Ağ» partiyası ilə nazirlər kabinetini təşkil emək üzrə planlarına qarışmamalıdır.

Netanyahu bu rejimin ali məhkəməsindən istəyibdir ki, onun hökumətin təşkili üzrə planına mane olmasın. Əks halda, bu məhkəmə sionist rejimin bir il ərzində dördüncü seçkilərə çəkilməsində məsuliyyət daşıyacaqdır.

Sionist rejimin ali məhkəməsi dünən 9 saatlıq bir iclasda Netanyahuya qarşı şikayətləri və nazirlər kabinetinin təşkili barədə Likud partiyası ilə «Mavi və Ağ» partiyası arasında razılaşmanı araşdırıb və nazirlər kabinetinin təşkili üçün Netanyahunun səlahiyyətinin təsdiq və ya rədd edilməsi barədə yekun hökm cümə axşamı günü verilməlidir.

Sionist rejimin ali məhkəməsinə Netanyahuya və bu rejimin nazirlər kabinetinin təşkilinə qarşı 8 şikayət ərizəsi təqdim edilibdir ki, onun beş halı Netanyahuya qarşı ittihamlar işi, digər hallar isə sionist rejimin nazirlər kabinetinin Likud və «Mavi və Ağ» partiyaları tərəfindən təşkili barədədir.

Netanyahu sionist rejimin 72illik tarixində ilk baş nazirdir ki, bu vəzifədə olarkən korrupsiya, dələduzluq və əmanətə xəyanət cinayətlərində ittiham olunubdur.

NETANYAHU SEÇKİLƏRİN 4-CÜ TURA ÇƏKİLMƏSİNDƏN NİGARANDIR

Teqlər