May 06, 2020 08:26 Asia/Baku
  • ABŞ Suriyada “Təmizlik gücü” adlı dəstə yaradır.

ABŞ Suriyada PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaradır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, ABŞ-ın bu planı Pentaqonun hesabatında da yer alıb.

Məlumata görə, yeni dəstə 1120 nəfərlik 5 komando bölüyündən və 600 nəfərlik qrupdan ibarət olacaq. Büdcə imkanları artdıqca muzdlu əsgərlərin sayı 10 min nəfərə çatdırılacaq.Dəstəyə “General Məzlum” kod adlı Şahin Çilo rəhbərlik edəcək.

Dəstənin yaradılması üçün ABŞ büdcəsindən 200 milyon dollar ayrılıb. Muzdlu əsgərlərin xərcləri isə Suriyadan əldə edilən neft gəlirləri hesabına qarşılanacaq.

Birləşmiş Ştatların bu hərəkəti Türkiyədə ciddi narahatlığa səbəb olub. Türkiyə hökuməti hesab edir ki, ABŞ Yaxın Şərqdə, xüsusilə də Suriyada öz maraqlarına xidmət edəcək hərbi qruplaşmalardan istifadə edir. Bu mənada ABŞ-ın PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaratması yenilik deyil. ABŞ-ın bu addımı əlbəttə ki, Türkiyənin milli maraqlarına ziddir. Çünki bu dəstələr PKK/YPG silahlılarından ibarət olacaq.

Qeyd edək ki, ABŞ Suriya və İraqda manevr imkanlarını maksimum artırmağa çalışır. Bunun üçün də ənənəvi olaraq kürd kartından istifadə edir.

Bu arada ABŞ YPG terror təşkilatını silahlandırmaqla yanaşı Suriyada qeyri-qanuni hərbi bazalarının da sayını artırmaqla məşğuldur.  2015-in oktyabrında başlayan baza qurma fəaliyyətləri çərçivəsində Həsəkədə 2 hava bazası inşa edən ABŞ, Riqqə və Menbicdə də 8 operativ hərbi nöqtə yaratmışdır.ABŞ, 2017-nin iyulundan bu yana 5 yeni baza və operativ hərbi məntəqələr qurub. Ümumilikdə ABŞ Suriyadakı bazalarının sayını12-yə çatdırıb. Bazalarda YPG və onlarla hərəkət edən PKK-ya hər cür təlim keçirilir.

Müşahidəçilər ABŞ-ın bu addımlarını bölgədə daimi qalma və ya türklərin inandığı kimi kürd dövlətinin qurulması planının tərkib hissəsi kimi qiymətləndirir. Region ölkələrini parçalamaq Birləşmiş Ştatların əsas hədəfini təşkil edir. Suriyanın ardınca Türkiyə növbəti hədəf olacağından ehtiyatlanır.

ABŞ SURİYADA "TƏMİZLİK GÜCÜ" ADLI DƏSTƏ YARADIR

 

Teqlər