May 06, 2020 09:24 Asia/Baku
  • Sionist rejim qırıcıları Qəzzə zolağının şimalına hücum ediblər

Fələstin mediaları bu gün səhər tezdən sionist rejimin Qəzzə zolağının şimalında yerləşən «Beyt Hanun» qəsəbəsinin şərqinə qarşı artilleriya və aviasiya hücumlarından xəbər veriblər.

Sionist medialar bundan öncə iddia etmişdilər ki, bir ədəd raket «Sedot Nigeft» rayon şurasındakı açıq bir məntəqəyə düşüb.

Bu raketin atılmasından sonra təhlükə siqnalı səslənibdir.

İndiyədək həmin hücumlarda ehtimal olunan tələfat haqda heç bir xəbər yayılmayıbdır.

Sionistlərin Qəzzə zolağına qarşı hücumu elə bir haldadır ki, COVİD-19 virusu dünyanın bütün bölgələrində olduğu kimi bu bölgədə də sirayət edibdir, amma Qəzzədəki müalicə mənbələri sionist rejimin tətbiq etdiyi birneçəillik mühasirəyə görə, onunla mübarizə üçün lazımi ləvazimatlara malik deyillər və bu bölgədə insan böhranının baş verməsi imkanı var.

SİONİST REJİM QIRICILARI QƏZZƏ ZOLAĞININ ŞİMALINA HÜCUM EDİBLƏR

 

Teqlər