Sionistlər fələstinlilərin aksiyasına basqın ediblər
Sionist rejim hərbçiləri fələstinlilərin qərb sahilnin şimalında sionist qəsəbəsalmalara qarşı aksiyasına hücumda onlarla nəfəri yaralayıblar.
Sionist hərbçilər qərb sahilnin şimalında yerləşən Qəlqiliya şəhərinin şərqindəki «Kəfər Qəddum» kəndi əhalisinin dinc aksiyasına hücum ediblər.
«Kəfər Qəddum»da xalq müqavimət komitələrinin koordinatoru Murad Şətivi deyib: Sionist rejim ordusunun qüvvələri fələstinlilərin həftəlik aksiyalarına hücum ediblər. Bu basqında iki fələstinli sionist hərbçilərin atəşi ilə yaralanıb, onlarla nəfər də gözyaşardıcı qazın buraxılmasına görə, zəhərlənibdir.
Şətivi sonra deyib: Sionist hərbçilər aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz, həmçinin rezin və metal güllələrdən istifadə ediblər.
2011-ci ilin iyulundan bəri «Kəfər Qəddum» kəndinin əhalisi sionistlərin Nablusa çıxan küçəni bağlamalarına və sionist qəsəbəsalmalara etiraz olaraq, hər həftə aksiya keçirir.
Bu aksiyaların keçirildiyi bir halda, sionist rejimin nazirlər kabineti çərşənbə günü qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılması planını knessetə təqdim etməlidir.
Sionist rejimin baş naziri Benyamin Netanyahu və «Mavi və Ağ» partiyasının sədri Beni Qants aprelin 20-də sionist rejimin koalisiya hökumətinin təşkili barədə razılaşdılar. Onların razılaşdıqları hallardan biri, İordan dərəsinin və qərb sahilindəki sionist qəsəbələrin birləşdirilməsidir.