May 10, 2020 15:34 Asia/Baku
  • Fələstin barədə məhkəmə sionist medialardan təsirlənməyəcək

Beynəlxalq Haaqa Məhkəməsinin baş prokuroru deyib ki, sionist rejim medialarının beynəlxalq məhkəməyə qarşı təbliğat qalmaqalları Fələstin barədə təhqiqatların aparılması prosesinə təsir etməyəcək.

Fato Bensuda sonra deyib: Haaqa Məhkəməsinin Fələstin barədə təhqiqatları tərəfsiz və müstəqildir və ona qarşı iddialar əsassızdır.

Sionist rejim və Amerika son zamanlar Haaqa Məhkəməsinin Fələstin əraziləri barədə araşdırma səlahiyyəti haqqında tərəddüd göstəriblər.

Bundan öncə Beynəlxalq Haaqa Məhkəməsinin baş prokuroru bir bəyanatda sionist rejimin işğal olunmuş Fələstində hərbi cinayətlər törətməsi barədə ciddi xəbərdarlıq etmişdi.

Fao Bensuda martın 2-də özünün 60 səhifəlik hesabatında Fələstinin müstəqil bir dövlət olduğunu vurğuladı. Bildirdi ki, Beynəlxalq Haaqa Məhkəməsi sionist rejimin hərbi cinayətləri və bu məsələdə qanuni təqibə daxilolma barədə təhqiqat üçün məhkəmə səlahiyyətinə malikdir.

Beynəlxalq Haaqa Məhkəməsinin bu sənədi həmin məhkəmənin sionist rejimin qərb sahili, Qəzzə zolağı və Qüdsün şərqindəki hərbi cinayətləri barədə təhqiqatına yol açır.

 

Teqlər