İŞİD terrorçularının Bağdadın şimalına hücumu dəf edilib
İraqın hərbi və təhlükəsizlik qüvvələri İŞİD terrorçularının Bağdaddan şimalda yerləşən Səlahəddin vilayətinə qarşı hücumunu dəf ediblər.
SəhərAzeri-nin verdiyi məlumata görə, İraqın hərbi qüvvələrinin bu gün səhər tezdən keçirdikləri əməliyyatda İŞİD ünsürlərindən bir qrupu ölüb və yaralanıbdır.
İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi də bir açıqlamada İraqın şimalında yerləşən Neynəva vilayətində 15 İŞİD terrorçusunun həbs olunmasından xəbər verib.
İŞİD qalıqları son zamanlar Diyalə, Səlahəddin və Ələnbar vilayətlərində bir sıra terror hücumları həyata keçiriblər ki, ötən bir həftədə Həşduşşəbi və İraq ordusu qüvvələrindən onlarla nəfər ölüb və yaralanıbdır.
İŞİD-in hücumlarına cavab olaraq, İraqın təhlükəsizlik qüvvələri geniş əməliyyatlar həyata keçirməklə onlarla İŞİD terrorçusunu məhv ediblər.
İraqın bir qrup siyasi rəhbəri də İŞİD-in son hərəkətlərinə reaksiyada bildiribdir ki, bu hərəkətlər öz qüvvələrinin İraqda iştirakının davam etməsi istiqamətində amerikalıların təhriki ilə həyata keçir. Onlar bu terror qrupu ilə mübarizə üçün təhlükəsizlik layihələrinin yenidən nəzərdən keçirilməsi və İŞİD-in gizli özəklərinin məhv edilməsini istəyiblər.
İŞİD TERRORÇULARININ BAĞDADIN ŞİMALINA HÜCUMU DƏF EDİLİB