May 16, 2020 09:46 Asia/Baku
  • Hər bir işğalın sonu, mütləq məhvolmadır

Misirdə Ələzhər Universiteti bir açıqlama bildirib ki, hər nə qədər uzanarsa, hər bir işğalın sonu, mütləq məhvolmadır.

SəhərAzəri xəbər verir, Ələzhər dünən Fələstinin işğal olunması- Nikbət gününün 72-ci ildönümü günü münasibətilə verdiyi bu açıqlamada vurğulayıb: Bütün dünya müqəddəs Fələstin ərazilərinin zalımcasına işğalına son qoyulması, onu öz sahibinə qaytarılması, həmçinin Fələstin xalqına, eləcə də bizim ərəb və islami müqəddəslərimizə qarşı «bəşəriyyətə zidd» cinayətlərinə görə, qəsbkar işğalçının mühakimə edilməsi üçün məsuliyyət daşıyır.

Açıqlamada deyilir ki, Qüds məsələsi həmişə ərəb və müsəlman xalqların ürəklərində yerə malik olacaq.

Ələzhər bu açıqlamada həmçinin işğalçı sionist rejimin fələstinlilərə və onların ölkələrinə qarşı silah gücünə haqsız təcavüzü; həbsdə olan əsirlərin hüquqlarının pozulması; fələstinlilərin öz torpaqlarından çıxarılmaları; onlara qarşı irqi təmizləmə; sionist qəsəbəsalmaların genişləndirilməsi; sionistlərin şərqi Qüdsə yiyələnmək və Fələstin ölkəsi ərazisinin aşkar şəkildə pozulması olan qərb sahilinin bəzi hissələri və bölgələrinin işğal olunmuş ərazilərə qatılması üçün koronavirus şəraitindən sui-istifadə etmək kimi hərəkətlərinə işarə edib.

Saxta sionist rejim 1948-ci ilin 14 mayında fələstinlilərə aid olan ölkənin daxilində təsis edildi. Sonrakı gün, yəni sionist rejimin təsisindən bir gün sonra bu rejimin fələstinlilərə qarşı ən böyük cinayətlərindən biri baş verdi. Həmin gündə 1 milyon 400 min fələstinlidən 800 min nəfərdən çox fələstinli zorla öz ölkəsi və mənzilindən çıxarıldı. Bu gün, Nikbət günü adlandırıldı.

Teqlər