May 18, 2020 19:44 Asia/Baku
  • Qərb sahilinin qatılması beynəlxalq qanunlara görə qadağandır

BMT-nin Qərbi Asiya sülh prosesi üzrə koordinatoru vurğulayıb ki, sionist rejimin qərb sahilnin bəzi hissələrini işğal olunmuş Fələstin ərazilərinə qatmaq üzrə hərəkətləri beynəlxalq qanunlara görə qadağandır.

SəhərAzəri xəbər verir, BMT-nin Qərbi Asiya sülh prosesi üzrə koordinatoru Nikolay Mladenov vurğulayıb ki, bu əlavəetmə böyük bir təhlükə olaraq, beynəlxalq strukturu zəiflədir.

Mladenov sonra deyib: Qərb sahili bölgələrinin işğal olunmuş ərazilərə qatılması hüquqi, siyasi və təhlükəsizlik nəticələrinə gətirib çıxaracaqdır ki, onlarla qarşılaşmaq çətin olacaqdır.

Sionist rejimin baş naziri Benyamin Netanyahu dünən bu rejimin yeni nazirlər kabinetinin işə başlaması mərasimində deyibdir ki, qərb sahilindəki sionist qəsəbələri işğal olunmuş ərazilərə qatmağa çalışacaq.

Fələstinlilər, həmçinin bir çox dünya ölkəsi və beynəlxalq orqan son həftələr qərb sahilndən bəzi hissələrin sionist rejimin işğalı altında olan ərazilərə qatılması planı ilə öz müxalifətlərini elan ediblər.

Teqlər