Ümum Dünya QÜDS günü ərəfəsində
Cövlan əhalisi sionist rejimə qarşı aksiya keçirib
Suriyanın işğal edilmiş Cövlan təpələrinin sakinləri onların ərazilərinin sionist rejim tərəfindən müsadirə edilməsi və oğurlanmasına etiraz olaraq, aksiya keçiriblər.
SaharAzeri-nin bildirdiyinə görə,Cövlan sakinləri bu aksiyada öz ərazilərinin mülkiyyəti haqqına, həmçinin işğalçı sionist rejimin onların ərazilərini oğurlamaq üzrə repressiv hərəkətlərilə mübarizəyə təkid ediblər.
Suriyanın SANA xəbər agentliyinin bildirdiyinə görə, sionist rejim elektrik istehsalı məqsədilə Suriyanın işğal edilmiş Cövlan təpələrində 45 iri külək turbini yerləşdirmək istəyir ki, bu layihəyə əsasən, işğal edilmiş Cövlan ərazilərinin 600 hektarından çoxu müsadirə olunacaqdır.
Sionist rejim 1967-ci ildə Suriyanın Cövlan təpələrində yerləşən təqribən 1200 kvadrat-kilometrlik ərazisini qəsb etdi və bir müddət sonra bu bölgəni işğal olunmuş ərazilərə əlavə etdi.
Dünya ictimaiyyəti heç vaxt sionist rejimin bu hərəkətini rəsmən tanımayıbdır.
BMT-nin Təhlükəsilzik Şurası da bu bölgəni işğal olunmuş ərazi adlandırıbdır.
Amerika hökuməti isə sionist rejimin qəsbkarlığının himayədarıdır.