İraq parlamenti səud rejimini cinayətkar elan etməyə hazırlaşır
İraq parlamentinin üzvü bu ölkə xalqına qarşı terror əməllərinə görə, Səudiyyə Ərəbistanı rejiminin cinayətkar sayılması üzrə qətnamə layihəsinin hazır olmasından xəbər verib.
SaharAzeri xəbər veir:İraq parlamentinin üzvü Falih Əlxəzəli dünən deyib: İndiyədək beş mindən çox səudiyyəli terror əməliyyatı keçirməklə İraq xalqına qarşı qırğın həyata keçirib. Buna görə, İraq parlamentində Səudiyyə Ərəbistanı rejiminin cinayətkar sayılması üzrə qətnamə layihəsi işlənib hazırlanıbdır.
Əlxəzəli sonra deyib: İraq parlamentinin fəaliyyətinin bərpa olunması ilə əsas qanundakı ixtiyarlara uyğun olaraq, bu qətnamə layihəsi barədə lazımi etaplar həyata keçiriləcəkdir.
Ötən illər ərzində Səudiyyə Ərəbistanı vətəndaşlarından minlərlə nəfər Suriya və İraqda fəaliyyət göstərən terrorçu və təkfirçi qrupların sıralarında iştirak edibdir. İŞİD-in intihar amillərinin əksər hissəsi məhz Ərəbistan vətəndaşı olubdur.
İRAQ PARLAMENTİ ƏRƏBİSTANI CİNAYƏTKAR ELAN ETMƏYƏ HAZIRLAŞIR