May 21, 2020 10:18 Asia/Baku
  • Əlbəğdadinin canişini həbs olunub

İraqın kəşfiyyat orqanı İŞİD terror qrupunun keçmiş başçısı Əbubəkr Əlbəğdadinin canişini Əbdulnasir Qərdaşın bu ölkədə həbs olunmasından xəbər verib.

SaharAzeri xəbər verir: İraqın kəşfiyyat orqanı bildirib ki, bu həbs dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirilibdir.

Əbdulnasir Qərdaş Əbubəkr Əlbəğdadinin canişinliyinə namizədlərdən biri idi.

Əlbəğdadi 2019-cu il oktyabrın 26-da ABŞ vertolyotlarının Suriyanın İdlib şəhərində keçirdikləri əməliyyatda öldürülübdür.

Qərdaşın həbs edilməsi xəbəri elə bir halda yayılır ki, Əlhəşduşşəbi qüvvələri mübarək Ramazan ayı başlanandan bəri döyüşlər gedən vilayətlərdə İŞİD-ə qarşı əllidən çox böyük və kiçik əməliyyat keçiriblər. Bu təşkilatın məsul şəxslərinin verdikləri biliyə əsasən, əməliyyatlar terrorçuların geri oturdulmaları və məhv edilmələrinədək davam edəcəkdir.

 

Teqlər