Yəmən Ənsarullahının lideri$
"Şəhid Süleymaninin sionistlərlə mübarizədəki rolu çox böyük olub"
Yəmənin Ənsarullah hərəkatının rəhbəri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin şəhid komandanı Qasim Süleymaninin sionistlərlə mübarizədə öncül olduğunu söyləyib.
SəhərAzəri - Ənba Xəbər Agentliyinin məlumatına əsasən, Əbdülmalik Əlhusi Ümumdünya Qüds günü ilə bağlı çıxışında deyib: Şəhid Qasim Süleymaninin terror edilməsinin əsas səbəbi, onun sionist düşmən və Amerikanın ekspansianizmi ilə mübarizə və region xalqlarının kənarında durmaq sahəsində oynadığı rol idi.
Yəmənli lider sonra Ümumdünya Qüds Gününün əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu münasibət İslam Ümmətinə onun birinci məsuliyyətini, yəni Fələstin amalını xatırladır və Fələstinin azadlığı, müqəddəslərin geri alınması və Fələstin xalqının nicatı üçün bir fürsət yaradır.
Yəmənin Ənsarullah hərəkatının rəhbəri vurğulayıb: Yəmən xalqı açıq şəkildə elan edibdir ki, Fələstin xalqı və İslam Ümmətinin azadələri, müqavimət mehvəri, Məscidüləqsa və müqəddəslərin himayədarlarının kənarındadır və bu, dini, əxlaqi və insani bir tələbatdır.
Əbdülmalik Əlhusi sonda deyib: Fələstinin məzlumluğu tələb edir ki, İslam Ümməti onun qarşısında məsuliyyətli və təyinedici bir mövqe tutmuş olsun.