May 24, 2020 13:34 Asia/Baku
  •  Fələstinli namazqılanlara hücum

Sionist rejim hərbçiləri səadətli Fitr bayramı günündə Məsciduləqsa-da fələstinli namazqılanlara hücum edərək, onları döyüblər.

SəhərAzəri xəbər verir, Onlarla işğalçı sionist hərbçi bu gün Məsciduləqsa-nın kənarındakı mühitdə fələstinlilərə hücum edib və onlardan bir qrupunu yaralayıbdır.

Sionist hərbçilərin vəhşicəsinə hücumlarına və geniş şəkildə Məsciduləqsa-nın ətrafında yerləşmələrinə rəğmən, fələstinlilər Məsciduləqsa-nın «Babulisbat» qapısı yaxınlığındakı Əlqəzalə meydanında Fitr bayramı namazı qılıblar.

Məsciduləqsa-nın qapıları iki ay bundan öncədən koronavirus pandemiyasına görə, bağlıdır və Fitr bayramının sabahısı günü xüsusi tədbirlərlə açılması nəzərdə tutulubdur.

Teqlər