Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362210-suriya_qoşunları_raqqada_bir_qrup_terrorçunu_məhv_ediblər
Suriya ordusunun bölmələri Raqqa əyalətinin cənub-qərbində əməliyyat zamanı İŞİD terror təşkilatının bir qrup üzvünü məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2020 04:03 Asia/Baku
  • Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər

Suriya ordusunun bölmələri Raqqa əyalətinin cənub-qərbində əməliyyat zamanı İŞİD terror təşkilatının bir qrup üzvünü məhv ediblər.

SəhərAzəri - Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Al-Masdar" xəbər portalına əməliyyatda iştirak etmiş hərbçi deyib.

Onun sözlərinə görə, hökumət qüvvələri Salamiyyə şəhərinin ətrafını tamamilə terrorçulardan təmizləyiblər: "Dəstə üzvləri izlənilib məhv edildi, nəticədə Homsdan Raqqaya və Hamadan Deyr-əz-Zora gedən magistral yolda nəqliyyatın təhlükəsizliyini təmin etmək mümkün oldu"

Hərbçi əlavə edib ki, qoşunlar indi bu bölgədə yerləşən neft quyularının təhlükəsizliyini təmin etməlidirlər.