Yəməndə 20 ərzaq gəmisi səud koalisiyası tərəfindən saxlanılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362269-yəməndə_20_ərzaq_gəmisi_səud_koalisiyası_tərəfindən_saxlanılıb
Təcavüzkar səud koalisiyası Cizan limanında Yəmənin qida maddələri və yanacaq daşıyan 20 gəmisini dayandırıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2020 05:41 Asia/Baku
  • Yəməndə 20 ərzaq gəmisi səud koalisiyası tərəfindən saxlanılıb

Təcavüzkar səud koalisiyası Cizan limanında Yəmənin qida maddələri və yanacaq daşıyan 20 gəmisini dayandırıbdır.

SəhərAzəri xəbər verir, Yəmənin Əlhudəydə limanının məsul şəxsləri bildiriblər ki, təcavüzkar səud koalisiyasının dəniz qüvvələri, çəkisi 500 min tondan çox olan qida maddələri və yanacaq daşıyan 20-dən çox gəmini dayandırıblar.

Yəmən neft şirkətinin sözçüsü Əmin Əlşəbati bundan öncə bildirmişdi ki, koronavirus pandemiyasına rəğmən, təcavüzkar səud koalisiyası qida maddələri və neft məmulatları daşıyan gəmiləri oğurlamaqda davam edir.

O vurğulayıb: BMT və təcavüzkar səud koalisiyası koronavirus pandemiyası dövründə Yəmən xalqına əsas və zəruri xidmətlərin hər cür kəsilməsində məsuliyyət daşıyırlar.

Ümumdünya Səhiyyə Təşkilatı da son zamanlar bildiribdir ki, 12 milyon yəmənli qıtlıq təhlükəsi qarşısındadır.