May 27, 2020 12:10 Asia/Baku
  • İsrail rejimi ilhaq planını həyata keçirir

İşğalçı İsrail rejiminin baş naziri İordan Çayının Qərb sahilində 30 faiz Fələstin ərazisinin işğal olunmuş torpaqlara ilhaq olunacağını bildirib.

SəhərAzəri xəbər verir,  Beynəlxalq mediaların məlumatına əsasən, Benyamin Netanyahu deyib ki, sözü gedən ərazi 5600 kvadratkiliometrdir və Qəzzə ərazindən 20 dəfə böyükdür. Və işğal olunmuş ərazilərlə ən böyük sərhəddə malikdir. 

O, dünya ictimaiyyətinə və BMT qətnamələrinə meydan oxuyaraq deyib ki, bu ərazilər guya yəhudi xalqının yarandığı və inkişaf etdiyi yerlərdir. İsrail öz suverenliyini genişləndirmək və sionizm tarixinə daha bir şanlı fəsil yazmaq niyyətindədir. 

Xatırladaq ki, bu plan Donald Trampın təsdiqlədiyi və böyük qalmaqala səbəb olduğu "Əsrin sövdələşməsi"nin tərkib hissəsidir. 2019-cu ildə ABŞ prezidenti  Donald Trampın  həmin layihəsi  Qərb Sahilində yeni ərazilərin işğalı üçün zəmin yaratdı. 

Trampın layihəsinə görə, Qərb Sahilinin yalnız 40 faizi Fələstinə aid olur və qondarma rejimin işğal olunmuş ərazilərdə hakimiyyəti rəsmən tanınır. 

Teqlər