May 28, 2020 09:52 Asia/Baku
  • Səud koalisiyasının qırıcıları Yəmən bölgələrinə hücum ediblər

Təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin mərkəzi, şimalı və şimal-qərbində yerləşən bölgələrə hücum ediblər.

SəhərAzəri xəbər veriri, Səud koalisiyasının qırıcıları ötən saatlarda 47 dəfə Marəb, Cuf, Səədə və Hiccə vilayətlərindəki bölgələri bombalayıblar.

Bu hücumlar Yəmənin təsisatları və infrastrukturlarına ziyan vurubdur.

Həmçinin təcavüzkar səud koalisiyasının Əlhudəydə vilayətində yerləşən His rayonuna qarşı hücumunda bir mülki şəxs həyatını itirib.

Səudiyyə Ərəbistanı/ ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edərək, bu ölkəni və quru, dəniz və havadan mühasirəyə aldı. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki müharibəsi bu günə qədər 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.

Ərəbistanın hərbi təcavüzü, yoxsul Yəmənin ölkəsini qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Səud rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədəki hədəflərinə çata bilməyiblər.

Teqlər