Aİ təhqiramiz şəkildə ABŞ-ın siyasətlərinə tabedir
Suriyanın xarici işlər nazirliyi Avropa Birliyinin bu ölkəyə qarşı sanksiyalarının uzadılmasını təhqiramiz şəkildə ABŞ-ın siyasətlərinin ardınca düşmə və bəşəriyyətə qarşı cinayət adlandırıb.
SəhərAzəri xəbər verir, Avropa Birliyinin bu hərəkətini pisləyən Suriyanın xarici işlər nazirliyi bildirib ki, Avropa Birliyi qərarçıxarma müstəqilliyinə malik deyildir.
Avropa Birliyi dünən Suriyaya qarşı sanksiyalarını daha bir il müddətinə uzatdı.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel bir açıqlamada bu birliyin Suriyaya qarşı sanksiyalarının 2021-ci ilin iyun ayının birinədək uzadıldığını bildirib və Suriya hökumətini insan haqlarını pozmaqda ittiham edib.
Hazırda Suriya hökuməti ilə əlaqədə olan 273 nəfər və 70 orqan puç ittihamlarla Avropa Birliyinin sanksiyaları siyahısındadır.
Avropa Birliyi və Amerika 2011-ci ildən terrorçulara dəstək istiqamətində Suriyanı müxtəlif sanksiyalara məruz qoyublar.
Suriya müqavimət mehvərinin əsas üzvlərindən biri kimi regionda amerikan-sionist-səud mehvərinin fitnələri və hərəkətlərilə mübarizədə əsas rola malikdir.