May 30, 2020 07:36 Asia/Baku
  • Qərb sahilində bir fələstinli şəhid edilib

Sionist rejim hərbçiləri İordan Çayının qərb sahilində bir fələstinliyə atəş açaraq, onu şəhid ediblər.

SəhərAzəri xəbər verir, Sionist rejim hərbçiləri iddia ediblər ki, bu fələstinli "Həlamiş" qəsəbəsi yaxınlığında öz avtomobilini bir neçə sionistin üzərinə sürmək istəyib.

Digər tərəfdən, sionist rejim hərbçiləri "Qəlqiliyə" bölməsində yerləşən "Kəfər Qədum" bölgəsində aksiya iştirakçılarına hücum ediblər. Bu hücum nəticəsində bir neçə fələstinli yaralanıb.

Sionist hərbçiləri, həmnçinin,Məscidül-Əqdsanın xətibi və Fələstinin İslami Ali Şurasının sədri Şeyx Əkrəmə Səbrinin evinə basqın ediblər.

Teqlər