Suriya BMT-yə şikayət edib
Suriya hökuməti ABŞ, İngiltərə, Fransa, Türkiyə və sionist rejim hökumətlərindən BMT-yə və bu təşkilatın təhlükəsizlik şurasına şikayət edib. Bildirib ki, bu hökumətlərin hərbçiləri qəsdən Suriyanın Əlcəzirə bölgəsindəki əkin sahələrindən on minlərlə hektarı yandırıblar.
SaharAzeri xəbər veri, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar Əlcəfəri bazar ertəsi günü gecə bu təşkilatın baş katibinə və təhlükəsizlik şurasının sədrinə ünvanladığı ayr-ayrı məktublarda Dəməşqin ABŞ, İngiltərə, Fransa, Türkiyə və sionist rejim hökumətlərinə qarşı rəsmi şikayətini təqdim edib.
Əlcəfəri bu məktublarda sadalanan hökumətlərin hərbçilərinin Suriyanın əkin sahələrini yandırmalarını Suriya vətəndaşlarının haqqında yeni iqtisadi terrorizm simvolu və cinayət adlandırıbdır. O, təcavüzkar qüvvələrin tabeliyində olan separatçı yarımhərbçilərin və terror dəstələrinin bu məsələdə əllərinin olduğunu vurğulayıb.
Suriyanın BMT-dəki daimi nümayəndəsi bu məktublarda vurğulayıb: ABŞ, İngiltərə, Fransa, Türkiyə və sionist rejim hökumətləri sərhəddən kənar terror qruplarına silah və maliyyə dəstəkləri verməklə vasitəli bir savaş mərhələsindən/ birbaşa hərbi təcavüz və işğalçılıq vasitəsilə/ birbaşa hücuma çatıblar.
Əlcəfəri həmçinin ABŞ-ın və Avropa Birliyinin Suriyaya qarşı yetni sanksiyalarına toxunub. Bildirib ki, Vaşinqtonun və Avropanın yeni sanksiyaları siyasi cəhətdən Amerika ilə müxalif olan ölkələri təzyiq altında qoymaq üçün ABŞ-ın ənənəvi və terrorçu siyasəti istiqamətindədir.
Əlcəfəri bu məktubların sonunda BMT-nin beynəlxalq sülh və təhlükəsizliyi qoruması, Amerikanın və qərblilərin Suriyadakı insani və siyasi prosesə düşmənçilik müdaxilələri ilə mübarizə üçün aşkar bir mövqe tutmasını istəyib.
ABŞ, İngiltərə, Fransa, Türkiyə və sionist rejim Suriyadakı terror qruplarının əsas himayədarlarıdırlar.