İyun 03, 2020 07:27 Asia/Baku
  • Səud koalisiyası qırıcılarının yeni təcavüzləri

Səud koalisiyasının qırıcıları dünən gecə bir neçə dəfə Marəb, Səədə, Hiccə və Əlcuf vilayətlərində yerləşən yaşayış massivlərini bombalayıblar.

SaharAzeri xəbər verir, Təcavüzkar səud koalisiyasının qırıcıları 8 dəfə Sərvah rayonunda yerləşən "Nəcd Ələtəq" bölgəsini, 6 dəfə "Mədğəl Əlcədan" bölgəsini, iki dəfə Marəb vilayətində yerləşən "Mucəzzər" bölgəsini bombalayıblar.

Səədə vilayətinin Kətaf rayonunun Əlfər bölgəsi də dörd dəfə təcavüzkar səud koalisiyası qırıcılarının hücumlarına məruz qalıbdır.

Səud koalisiyasının qırıcıları həmçinin Hiccə vilayətində yerləşən Heyran bölgəsini üç dəfə bombalayıblar.

Əlcuf vilayətinin Əlmətmə, "Xub və Əlşəəf" şəhərləri də müvafiq olaraq, iki və bir dəfə bombardman ediliblər.

Hələ bu hücumların törətdiyi xəsarətlər və tələfat barədə bir məlumat yayılmayıbdır.

SƏUD KOALİSİYASI QIRICILARININ YENİ TƏCAVÜZLƏRİ

Teqlər