Təl-Əvivdə Netanyahunun siyasətinə qarşı nümayişlər
İyun 05, 2020 16:24 Asia/Baku
Təll-Əviv-də Sionist rejimin Baş naziri Benyamin Netanyahunun Koronavirus ilə bağlı siyasətinə və qanuna edilən dəyişikliklərə etiraz nümayişi keçirilib.
SəhərAzəri Tasnimnews-a istinadla xəbər verir, Təll-Əviv şəhərində bir sıra sionistlər Benjamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası və Benny Gantzın rəhbərlik etdiyi "mavi-ağ" partiyadan ibarət olan koalisiya hökumətin siyasətinə etiraz ediblər.
Etirazçılar sionist hökumətinin dəyişikliklərini pisləyiblər.
Dəyişikliklər bir sıra nazirliklərə və nazirlərə dövlət büdcəsinə ziyan olaraq maliyyə dəstəyin verilməsini və İsrail rejiminin daxili təhlükəsizlik aparatına (ISBN) sionistlərin koronavirusa yoluxanlarını müəyyənləşdirmək bəhanəsi ilə izləməsinə icazəni əhatə edir.