Səudiyyə Ərəbistanında və işğal olunmuş Fələstində koronavirusa yoluxanların sayı artmaqdadır
Səudiyyə Ərəbistanı, həmçinin Fələstinin işğal olunmuş ərazilərində koronavirusa yoluxanların sayı hələ də artmaqdadır.
SaharAzeri xəbər verir, Ərəbistanın Səhiyyə Nazirliyi cümə günü bu ölkədə koronavirusa yoluxanların sayının yüz minə çatdığını xəbər verib.
Ərənistanın Səhiyyə Nazirliyi bu ölkədə koronavirusdan ölənlərin sayını 642 nəfər elan edib ki, bu rəqəm cümə axşamı gününə olan statistika ilə müqayisədə 31 nəfər çoxdur.
Başqa bir məlumata əsasən, işğal olunmuş Fələstin ərazilərində koronavirusun yayılması səbəbindən məktəblər və təlim mərkəzlərinin fəaliyyəti dayandırılıb.
"Vala" Xəbər Agentliyi cümə günü bildirib ki, sionist rejimin baş naziri Benyamin Netanyahu bu rejimin səhiyyə naziri Yuli Adleştaynın tövsiyələrinə əsasən, məktəblər və təlim mərkəzlərinin fəaliyyətinin dayandırılmasını naməlum zamanadək uzadıbdır.
Sionist rejimin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, son sutkada koronavirusa yoluxanların ümumi sayı 18 minə çatıbdır.
Bu yaxınlarda sionist rejimin Səhiyyə Nazirliyinin yüksək vəzifəli rəsmiləri Təl-Əvivin işğal olunmuş ərazilərdə koronavirusu nəzarətdə saxlamaq və çox sayda koronavirus testi aparmaq üçün genişmiqyaslı bir şəbəkənin yaradılması üçün lazımi tədbirləri görmədiyini və ikinci dalğa üçün hazır olmadığını elan ediblər.